ABŞ Prezidenti Donald Tramp, əgər İslamabadda keçirilən danışıqlar nəticəsində İranla sülh sazişi əldə olunarsa, həmin sazişin imzalanma mərasimində şəxsən və ya onlayn formatda iştirak edə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” danışıqlarda iştirak edən pakistanlı mənbəyə istinadən məlumat yayıb.
ABŞ tərəfi İranla danışıqların 2-ci raundunun Pakistanda baş tutacağına əminlik ifadə edib.
İran tərəfi isə iştirakını “müsbət qiymətləndirdiyini” bildirib, lakin öz şərtlərinin yerinə yetirilməsini gözlədiyini vurğulayıb - bu şərtlərə uranın zənginləşdirilməsi hüququnun tanınması da daxildir.
ABŞ-ın vitse-prezidenti Cey Di Vensin bu gün İslamabadda olması gözlənilir.
Vəziyyət atəşkəsin bitməsi fonunda qeyri-müəyyən olaraq qalır: 28 fevralda ABŞ və İsrail tərəfindən İrana qarşı başladılan müharibədə elan edilən iki həftəlik atəşkəs yaxın saatlarda başa çatmalıdır. 10 gün əvvəl keçirilən ilk danışıqlar raundu nəticəsiz qalmışdı və bundan sonra Tehran yeni raunddan imtina etmişdi — buna səbəb kimi ABŞ-ın İran limanlarına dəniz blokadasını ləğv etməməsi və İran yük gəmisinin ələ keçirilməsi göstərilmişdi./modern.az