NAYORA tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə silsilə tədbirlər həyata keçirib


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 28 May – Müstəqillik Günü münasibətilə silsilə tədbirlər həyata keçirib. Bu tədbirlər gənclər arasında milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin təşviqi və müstəqillik tariximizə dair biliklərin artırılması məqsədi daşıyırdı. Həyata keçirilən fəaliyyətlər gənclər təşkilatlarının fəal iştirakı ilə reallaşaraq, gənclərin milli şüurunun inkişafına töhfə verib.

Tədbirlər silsiləsi gənclər təşkilatlarının rəhbər və nümayəndələri, tələbə gənclər təçkilatlarının sədr və üzvlərinin iştirakı ilə Fəxri xiyabanda müasir Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib. Daha sonra gənclər Vətən uğrunda canından keçən qəhrəmanlarımızı yad etmək üçün Şəhidlər xiyabanını və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlal abidəsi”ni ziyarət ediblər.

Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA- nın təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin Tarixi İrsi və Gənclərin Rolu” adlı panel görüş keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümünə həsr olunmuş tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Naqif Həmzəyev, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, eləcə də üzv gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Ardınca mövzu ətrafında rəsmi çıxışlar təqdim olunub. Çıxışlar zamanı bildirilib ki, 1918-ci ildə Azərbaycan xalqı çətin tarixi şəraitə baxmayaraq, müstəqil və demokratik dövlət qurmaq əzmini ortaya qoyaraq Azərbaycan Xalq Cümhuriyyətini elan etmişdi. Bu Cümhuriyyət Şərqdə ilk parlamentli və hüquqi respublika modeli kimi tarixə düşmüş, qısa müddətdə mühüm islahatlara imza atmış, milli oyanış prosesinə güclü təsir göstərmişdi. 1920-ci ildə müstəqilliyə zorla son qoyulsa da, xalq bu ideallardan heç vaxt əl çəkməmiş, nəhayət, XX əsrin sonunda Azərbaycan yenidən müstəqilliyini bərpa etmişdir. Bu mərhələdə Heydər Əliyevin uzaqgörən liderliyi ilə ölkədə siyasi sabitlik təmin olunmuş, dövlətçiliyin qorunması və inkişafı istiqamətində əsaslı addımlar atılmışdır.

Panel görüşdə bildirilib ki, bu gün Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin ideya və dəyərlərinin davamçısı kimi inkişafını davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik institutların möhkəmləndirilməsi, hüquq və azadlıqların təmin olunması, eləcə də gənclər üçün geniş imkanların yaradılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması və regional sabitlikdə mühüm rol oynaması bu siyasi kursun nəticəsidir. Görüş gənclərin fəal iştirakı və maraqlı fikir mübadiləsi ilə yekunlaşıb.

Daha sonra isə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA və “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Kimlik və İntellektual” adlı intellektual yarış keçirilib.

Yarış çərçivəsində gənclər 8 komandaya bölünərək, Azərbaycanın müstəqillik tarixi, milli kimlik, dövlətçilik ənənələri və çağdaş inkişafı ilə bağlı intellektual sualları cavablandırmaq uğrunda mübarizə aparıblar. Yarış zamanı iştirakçılar yalnız biliklərini deyil, həm də komanda ilə işləmək, strateji düşünmək və qərarvermə bacarıqlarını nümayiş etdiriblər. Sonda ən çox xal toplayan komanda qalib elan olunub, bütün iştirakçılara sertifikatlar təqdim edilib, qaliblər isə medal və hədiyyələr ilə təltif olunublar.

Tədbirlər silsiləsinin davamı olaraq 28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təşkil edilib. Konsertin məqsədi Azərbaycanın dövlət müstəqilliyinin əhəmiyyətinə diqqət çəkmək və bu əlamətdar tarixin ictimaiyyət arasında daha geniş tanıdılmasına töhfə vermək olub.

Proqram çərçivəsində müxtəlif musiqi nömrələri təqdim edilib, ifalar vətənpərvərlik və milli birlik mövzularını əhatə edib. Konsert açıq ərazidə, dəniz kənarı bulvarda keçirilmiş, tədbirdə gənclər və gənclər təşkilatlarının nümayəndələri, o cümlədən sədrləri iştirak etmişdir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ