“Qaçacağam bu ölkədən” - deyən Məmmədyarov harada rahatlıq axtarır?


Qaçacağam, qaçacağam bu ölkədən.

Turkustan.az xəbər verir ki, bunu RTV-yə müsahibəsində yarızarafat tərzdə sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, 65 illik yubileyini Avropada övladları ilə birlikdə qeyd etmək istəyir.

Eks-nazir Qoca Qitədə keçirəcəyi 5 gündə doğmaları ilə birlıikdə dincəlmək istəyir.

E. Məmmədyarov bildirib: “2 övladım da əcnəbi xanımla ailə qurub. Bir gəlinim sinqapurludur. Onlara etiraz etmədim, özləri seçib, özləri təhsil alıb. Tam sərbəstdilər. Hələ nəvəm yoxdur. Həyat yoldaşım isə kimyaçıdır, çalışmır, ev xanımıdır”. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ