Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında erməni jurnalistin “Qarabağda Böyük Vətən müharibəsinə həsr olunmuş abidənin Azərbaycan tərəfindən sökülməsi” iddiası ilə bağlı sualına sərt reaksiya verib.
Turkustan.az xəbər verir ki, Zaxarova erməni jurnalistə “siz nə üçün başqa ölkələrdə sökülən abidələrlə maraqlanmırsınız” sualı ilə cavab verib.
“Sizə bu sualı vermək istərdim. Mən heç vaxt bizim keçmişimizi, o cümlədən, erməni əsilli sovet əsgərlərinin xatirəsini müdafiə etməkdə kütləvi dəstək görməmişəm. Biz onların xatirəsini qorumaq üçün hər şey edirik. Niyə heç vaxt bu mövzuda sual vermirsiniz, təkcə bizdə yox, öz ölkənizdə də? Xahiş edirəm, etməyin. Bu məsələni niyə və hansı kontekstdə qaldırdığınızı çox gözəl başa düşürük. Mənə davamlı şəkildə belə suallar vermək artıq söyüşə çevrilir. Sizin soydaşlarınız olan Qızıl Ordunun nümayəndələrinin xatirəsi Avropa İttifaqı ərazisində təhqir olunur. Reaksiyanız haradadır? Yalnız bizim ölkə onları müdafiə edir. Bu mövzu ümumiyyətlə sizin informasiya məkanınızdan kənardadır. Nə üçün sökülən abidələr, o cümlədən, erməni əsgərlərin abidələri ölkənizdə heç bir ictimai maraq doğurmur?”, - deyə Zaxarova bildirib./publika.az