“Türkiyə ilə əlaqələrdə dönüş nöqtəsi yarada bilsək, bu, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına müsbət təsir göstərəcək”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması və kommunikasiya probleminin həlli arasında yeganə maneə danışıqlar və dialoqun natamam vəziyyətdə olmasıdır. Düşünürəm ki, bunun üçün təkcə bir, iki, ya da beş il kifayət etməyəcək. Regionda ən azı bir nəsil dəyişməlidir ki, bu dialoqu və əməkdaşlığı bərpa etmək mümkün olsun. Lakin həm Azərbaycan, həm də Türkiyə ilə dialoq və əməkdaşlıq potensialı mövcuddur. Bu gün biz bu imkana çox yaxınlaşmışıq”, – o bildirib./Globalinfo.az