Türk Dövlətlərinin iş dünyasının ən böyük görüşü olan ‘II.Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi’sinin mətbuat açıqlaması
“II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi" 10-12 İyun 2025-ci il tarixlərində Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi’nin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və ROK Expo şirkətinin təşkilatçılığı ilə Baku Expo Mərkəzində keçiriləcəkdir.
Qeyd edək ki, Türk Ticarət Sərgisinin ilki Türkiyə Ticarət Nazirliyi himayəsində, Türk Dövlətləri Təşkilatı - Türk Ticarət və Sənaye Palataları Birliyi əməkdağıyla, Rok EXPO şirkətinin təşkilatçılığıyla 7-9 noyabr 2024-cü il tarixlərində İstanbul Sərgi Mərkəzində təşkil edilmişdi.
Türk Ticarət Sərgisi Türk Dövlətləri: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək və bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyan 8 ölkənin dövlət qurumları tərəfindən dəstəklənən, Türk Dövlətlərinin iş dünyasının ən böyük görüşü olan sərgi və forumdur.
Sərgidə,
* 20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar sərgilənəcək.
* Ölkələrin investisiya imkanları, mühüm sektorlar, iş insanlarının problemləri, həlli təklifləri və digər aktual məsələlər ekspert məruzəçilərlə konfranslarda müzakirə olunacaq.
* İkitərəfli(B2B) və franchise görüşləri ilə şirkətlərin strateji tərəfdaşlıqları inkişaf etdirələcək və türk dövlətlərinin ortaq brendləri yaradılacaqdır.
Sərgidə 11 ölkə iştirakçı kimi, 20-dən çox ölkə isə ziyarətçi kimi iştirak edəcəkdir.
Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Ramin Şərifov, Türk Ticarət Sərgisi təşkilatçısı və ROK şirkətinin təsisçisi Aygün Əliyeva çıxışlarında “II.Türk Ticarət Sərgisi” haqqında ətraflı məlumat verdilər.
Türk Ticarət Sərgisi təşkilatçısı və ROK şirkətinin təsisçisi Aygün Əliyeva çıxışında qeyd etti ki, Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək, dünya miqyasında varlığımızı artırmaq üçün bir çox mühüm addımlar atıb. Biz çoxtərəfli əməkdaşlığımızı xarici siyasət və ticarətdən tutmuş enerji, yaşıl iqtisadiyyat, turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər 35 müxtəlif sahəyə genişləndirib. Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq türk dünyasında ümumi inteqrasiya və əməkdaşlığın fundamental və dinamik aspektidir.
Bu əməkdaşlıqlardan Özəl sektorun yəni firmaların da yararlanmağı üçün Türk Ticarət Sərgisi layihəsini hazırladım. Bu platforma Türk Dövlətləri Təşkilatına üzv ölkələrimiz arasında işgüzar əlaqələrin gücləndirilməsi üçün əsas platformadır.
Hər il mütəmadi olaraq bir Türk Dövlətlətində təşkiledəcəyimiz ‘Türk Ticarət Sərgisi’ndə əsas məqsədimiz Türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digəriqtisadi sahələrin tanıdılması, inkişaf etdirilməsi, gücləndirilməsi və iş insanları arasında əməkdaşlığın genişləndirilməsidir.
20-21 May 2 gün önce Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi zirvəsində prioritet əməkdaşlıq sahələrində həmrəyliyimizi gücləndirən, regional və qlobal hadisələrlə bağlı ortaq mövqeyimizi ortaya qoyan, gələcəyə hesablanmış və əhatəli sənəd olan Budapeşt Bəyannaməsi imzalandı. Sözügedən bəyannamə ticarət, enerji, rəqəmsal transformasiya kimi strateji sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yol xəritəsidir. Türk Dövlətləri Təşkilatının dövlət başçıları qardaşlıq ruhuna sadiq olduqlarını bəyan edərək, türk dövlətləri arasında birlik və həmrəyliyə xələl gətirəcək istənilən cəhdin qarşısı alınmalı olduğunu vurğulayıblar. Türk dövlətlərinin strateji tərəfdaşlıq, ədəbi dostluq və qardaşlıq müqaviləsinin hazırlanması qərara alınıb.
Azərbaycan prezidentimiz İlham Əliyevin dediyikimi, bizim ailəmiz Türk Dünyasıdır. Biz birgəsəylərimizlə elə etməliyik ki, Türk DövlətləriTəşkilatı qlobal arenada güc mərkəzinə çevrilsin. Biz buna ancaq birlikdə nail ola bilərik.
Qardaş ölkələr olaraq tərəfdaşlıq əsasında birliyimizivə inteqrasiyamızı artıraraq daha parlaq gələcəyə birlikdə addımlayacağıq.
Web: www.turkictradefair.com.tr
E-mail:i[email protected]