Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir.
Bu barədə AZAL-dan məlumat verilib.