Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
Yeddişəhər Uyğur Xanlığı 1865-1877-ci illər arasında Sincanda (Doğu Türküstan) var olan qısa ömürlü Müsəlman Türk dövləti idi.Yeddi şəhər Kaşğar, Hotan,Yarkent,Yengisar, Aksu, Kuçar və Korla idi.
1757-ci ildə Tzin dövləti Çin (1636-1912) Cunqar xanlığının varlığına son qoydu. 1759-cu ildə bütün Kaşğar fəth edildi və bu ərazidə “Yeni fəth edilmiş ölkə” mənasını verən Sinkianq (Sincan) adlı yeni əyalət yaradıldı.Tzin rejiminin əleyhdarları buraya sürgün edilirdi.Buraya Qansu (Qansu-Çinin mərkəzindən şimalda olan əyalət idi) vilayətindən Mancur və Çin qoşunları yerləşdirildi. Mançuriyadan solon və dahur (Dahurlar-monqol boyu) dəstələri buraya yerləşdirilməyə başlandı.1764-cü ildə bir neçə min sibo ( Sibolar-Mancurların bir boyu) İli vadisinə köçürüldü.Burada mancur hərbi-əkinçilik qəbilələri və Çin hərbi yaşayış məskənləri salındı. Həmçinin,buraya Mancur işğalçılarına müqavimət göstərən sürgün edilmiş uyğurlardan tarançılardan (Tarançılar-Uyğur boyu) əkinçilik yaşayış məntəqələri təşkil olundu. Çinlilər və dunqanlar da buraya köçürüldülər.

XIX əsrin əvvəllərində Kaşğarda ictimai-siyasi vəziyyət kəskin şəkildə pisləşdi. Sincan qubernatorunun zəif idarəçiliyindən faydalanaraq, Mancur və Çin rəsmiləri şəxsi zənginləşmələri üçün mövqelərindən istifadə edərək özbaşınalıq edirdilər.Bundan əlavə,Çin tacirləri yerli məhsulları ucuz qiymətə alır,öz məhsullarını isə xüsusilə də çayı hədsiz baha satmaqla yerli uyğur əhalini amansızlıqla talan edirdilər.Bütün bunlar Tzin İmperiyasının qonşu Kokand xanlığı ilə mürəkkəb münasibətləri fonunda baş verirdi. Mancur işğalçılarına qarşı çıxış edənlərə slğınacaq verən Kokand xanları onlardan Tzin hökumətinə qarşı təzyiq etmək üçün məharətlə istifadə edirdilər.Onlar bununla bölgədə mürəkkəb bir siyasət aparırdılar.
Şeybanoğullarından Şahruxun qurduğu Kokand xanlığı 1758-ci ildə qısa müddət Çin hakimiyyətini tanımaq məcburiyyətində qaldı. XIX əsrin birinci yarısında Alim, Məhəmməd və Məmməd Əli Xanlar zamanında xanlığın sərhədləri Daşkənd və Yəsi şəhərlərini əhatə edir, Balxaş gölünə qədər uzanırdı.
XIX əsrin əvvəllərində Kokandda yaşayan Kaşğarın keçmiş hökmdarlarının varisləri olan Sarımsak Hocanın oğulları-Cahangir və Yusif Xoca bölgənin müstəqilliyini bərpa etmək üçün hərəkatın başında dayanmışdılar.1820-ci ilin yayında Cahangir Kokanddan qırğızların yanına “qaçdı”.O, burada bir neçə yüz atlıdan ibarət dəstə yığdı və payızda Tzin İmperiyası sərhədlərini aşdı.1820-1827-ci illərin uyğur üsyanının yatırılması və Cahangirlə sonrakı mübarizə Tzin hökumətinə 10 milyon liyana başa gəldi.Bu üsyan Kaşğardakı Tzin işğalının əsasını sarsıtdı və cəza dəstələrinin vəhşilikləri yeni bir müsəlman çıxışlarının başlanmasına zəmin yaratdı.1828-ci ildə Cahangirin tutulub edam olunmasından sonra,bütün ümidlər artıq Yusif Xocaya- Cahangirin qardaşına bağlandı. Xüsusilə də Kokand xanı onu intensiv şəkildə buna təhrik edirdi.
1830-cu ilin payızında Yusif dəstəsi ilə sərhədi keçdi və yerli əhali tərəfindən sevinclə qarşılandı.Cahangirin hərəktlərindən dərslər çıxaran Yusif insanlara səxavətlə vədlər verirdi. O,xalqın böyük dəstəyi ilə Kaşğara daxil oldu. Lakin Yarkənddəki türbəyə edilən hücum uğursuzluqla başa çatdı. Üsyançılar orada böyük bir məğlubiyyətə uğradılar və bu hərəkatda dönüş nöqtəsi oldu.Üsyan tədricən zəifləməyə başladı.Əhali üsyana 1826-1827-ci illərdəkindən daha az dəstək verdi.Yusif Xocanın qoşunlarının soyğunçuluq əməlləri ona qarşı yerli sakinlərin qəzəbi ilə nəticələndi.Yerli uyğur din xadimləri də Xocanı çox soyuq qarşıladı.1830-cu ilin oktyabrında əyalət hakimi Çanlin üsyançılara qarşı hücum etdi.Tzin hakimiyyəti Doğu Türküstanda İslam din xadimlərinin öz aralarındakı düşmənçiliyindən məharətlə istifadə etdi.1830-cu ilin sonlarında Yusif Xoca bir neçə min tərəfdarı və əsirlər ilə sərhədə qaçdı və Kokand ərazisinə sığındı. Dörd ay davam edən üsyanın yatırılması Çin xəzinəsinə 8 milyon lyam hesabına başa gəldi.1847-ci ildə Cahangirin qardaşı oğlanlarının rəhbərliyi altında yeni hərəkat “Yeddi Hocanın Üsyanı” olaraq bilinən çıxış oldu.Lakin o,elə həmin ildə yatırıldı.1857-ci ildə Kaşğarda Vəlixan-tyurya (Cahangirin qardaşı oğlu) rəhbərliyi ilə üsyan başladı. Lakin üsyan 1858-ci ilin avqustunda vəhşicəsinə yatırıldı.Bir çox üsyançı Kokanda qaçmağa müvəffəq oldu.
1862-ci ildə Şengan qubernatorluğunda (Şaansi və Qansu əyalətlərinin ərazisində) başlayan dunqanların üsyanı Sincan hakimiyyətinin ölkənin mərkəzi ilə əlaqələrini kəsdi.Bu da onların Şengan xəzinəsindən gələn subsiyadalardan məhrum etdi.Yerli hakimiyyət nümayəndələri bu itkini vergilər və qanunsuz ödənişlərlə doldurmağa çalışdı.Bütün bunlar əhalini ümumi qiyamın astanasına apardı.
1864-cü ilin iyun ayında Kuçar qarnizonunun dunqan əsgərləri üsyan qaldırdılar və Rəşidin Xocanın başçılığı ilə qalan əhali onların arxasınca getdi.Dörd bölgəni-Turfan, Komul (Hami), Aksu və Uşu (Uş-Turfan) azad edərək, burada Kuçar xanlığını yaratmaqla hakimiyyətini qurdu.Elə həmin yay Urumçidə Lotay xanın başçılıq etdiyi Dunqan xanlığı yarandı. O,özünü sultan elan etdi və dövlətini-Urumçi Sultanlığı adlandırdı.Oktyabr ayında Rəşidin Hocanın qoşunları Kaşğarı nəzarət altına almağa çalışdı.Buna qədər isə burada Mancur işğalçılarına qarşı uğurlu üsyan olmuşdu.Xotanda hakimiyyət Xotan xanlığının başçısı olmuş Molla Həbib ağanın ixtiyarında keçdi.1864-cü ildə Kokanddan üsyan edən Kaşğara dəstəsi ilə Buzruk Hoca (Cahangirin oğlu) gəldi.O,əhali tərəfindən böyük sevinclə qarşılandı.Buzruk Hoca Yarkəndin də daxil olduğu Kaşğar xanlığının başçısı seçildi.Sincanda olan müsəlman xalqlarının demək olar ki,hamısı -uyğurlar, dunqanlar, qırğızlar və taciklər Tzin hakimiyyətinə qarşı üsyana başladılar.Kütlələr İslamın bayrağı altında Çin işğalçılarına qarşı azadlıq mübarizəsinə qalxdılar.Bu mübarizə təkcə anti-Mançuriya deyil,həm də Çin əleyhinə idi.1867-ci ildə İli bölgəsinin uyğur əhalisi üsyan etdi.Onlar da İli Sultanlığını yaratdılar.Beləliklə,bütün Sincan demək olar ki,13 il ərzində Mançuriya boyunduruğundan xilas oldu.Keçmiş Tzin Çin imperiyasına daxil olan qubernatorluğun ərazisində beş müsəlman dövləti meydana gəldi.
Yeni Tzin təhdidi qarşısında belə feodal parçalanması dərhal birləşmək zərurəti yaradırdı.Vahid dövlətin yaradılması bu dövlətlərdən ən güclüsü Kaşğar ətrafında oldu.Əslində onu görkəmli siyasi xadimə çevrilmiş hərbi başçı Məhəmməd Yaqub bəy idarə edirdi.Aşağı təbəqəyə mənsub olduğundan onun savadı belə yox idi.Lakin hərbi istedadı və lider bacarığına malik olması,onu xanlığın hakiminə çevirmişdi.Yaqub bəy böyük bir ordu qurdu və onun köməyi ilə bütün Doğu Türküstanı birləşdirdi.Digər xanlıqlar,sultanlıqlar və əmirliklər Kaşğarın tabeliyinə keçdi və yeni dövlət Yettişar adlandı.Yaqub bəy Badaulət adı ilə Yettişar xanı elan edildi.
İli Sultanlığının Yaqub bəy tərəfindən ələ keçirilməsinin və Türküstanda (Orta Asiya) ingilis təsirinin artmasının qarşısını almaq üçün rus qoşunları 1871-ci ildə İli ərazisini işğal etdilər.Yaqub bəyin qoşunları 1870-1872-ci illərdə dunqanların Urumçi Sultanlığına qarşı iki dəfə hücum etdilər və onun ərazisini ilhaq etdilər.Şaansidəki dunqan üsyanının liderlərindən biri olan Məhəmməd Əyub Biyanhu Yaqub bəyin tərəfinə keçdi.O və digər dunqan komandirləri 1873-cü ildə Çin qoşunlarının təzyiqi ilə şimal-qərbə çəkilərək Urumçiyə sığınmışdı.Onlarla bərabər Şaansi və Qansu əyalətlərindən gələn qaçqınlar da Yaqub bəyə qoşuldu.
Yaqub bəy bir sıra mütərəqqi islahatlar həyata keçirdi.45.000 minlik ordusunu modernləşdirdi,bürokratik sistemi sadələşdirdi,idarə aparatını ixtisara saldı,əhalidən yığılan vergini, ödənişləri kəskin dərəcədə azaltdı, daxili rüsumları yığışdırdı, əhalinin mükələfiyyətlərini ləğv etdi, maliyyələşməni nizamladı.Yeddişar hökmdarı ticarəti təşviq edir, karvansaraylar tikdirir, yeni kanallar və digər suvarma sistemləri çəkdirirdi. Lakin buna baxmayaraq, Yaqub bəyin yaratdığı rejim şiddətli, bəzən də qəddar idi.Tzin qüvvvələri 1873-cü ildə Yeddişəhər xanlığına qarşı hərbi əməliyyatlara başlayanda,Yeddişardakı müsbət təşəbbüslərin bir çoxu, hərbi xərclərin kəskin artması səbəbindən icra edilmədi.
Yeddişəhər (Yettişar ) Uyğur xanı Məhəmməd Yaqub bəy
Məhəmməd Yaqub bəy 1865-1877-ci illərdə Yeddişəhər (Yettişar) dövlətinin xanı olmuşdu.Yaqub bəy Kokand xanlığının özbək əsilli sərkərdəsi idi.

Yaqub bəy Kokand xanlığının (1709-1876) ərazisindəki özbəklərin Piskənt şəhərində 1820-ci ildə doğuldu.Kokand əsgəri qüvvələrinə daxil olmağı bacaran Yaqub bəy 1845-ci ildə Xudayar xanın xarici işlər məmuru oldu.Çin vasallı xidmətlərinin içindəki əsgəri birliyin başçısı,Kokand xanlığı ,Ağ-Məscid və Xisar sərkərdəsi oldu.
1853-cü ildə Rusiyanın 26 günlük mühasirəsinə qarşı savaşmışdı. Kaşğar hökmdarı Sadiq bəy Cahangir Xocanın Kokandda yaşayan oğlu Buzuruk xanı Kaşğar hökmdarı olaraq görmək istəyirdi.
Kokand hakimi Xudayar xan 1864-cü ildə Buzuruk və Yaqub xanı 1.000 nəfərlik bir ordu ilə Kaşğara göndərdi.Qısa bir savaşdan sonra Buzuruk xan elan edildi.
1864-cü ilin içində,Çimkənd və Daşkənd hisarlarının ruslara qarşı müdafiəsinə qatılır.Doğu Türküstanda Çing sülaləsinə qarşı üsyan edən Huilər və qırğızlar Kokand xanından hərbi yardım istəyirlər.Yaqub bəy dərin Kokand siyasətinin içinə çəkilir və Kokand xanı ondan qurtulması üçün 1865-ci ilin əvvəlində Əmir Kazani tərəfdarı xocalardan biri olan Buzuruk xanla birləşməsi əmrini verir.
Bunun üçün Buzuruk Xoca və general Yaqub bəy hərbi birlikləri ilə birlikdə Doğu Türküstana göndərilmişdi.Yaqub bəy Tarım hövzəsinə daxil olaraq Kaşğar və Yengisarda Çin qarnizonlarını məğlub etmişdi.
May 1865-ci ildə Çar Rusiyası Kokand xanlığına hücum edəndə Alim Kuli Daşkənddə ölmüş və 7.000 nəfərlik əsgəri birlikləri Doğu Türküstana sığınmışdı.Yaqub bəy bu birlikləri də əmr altına alaraq sentyabr 1865-ci ildə Yarkənd və Xotanı da işğal etməyi bacarmış və Tarım hövzəsinin qərb qismini əldə etmişdir.Yaqub bəyə qarşı çıxan Buzuruk Xocanı oyundan çıxardıqdan sonra Rəşidin Xocanı məğlub etmiş və Aksunu işğal etmişdir.Beləliklə 1865-ci ildə Yeddişəhər Uyğur Xanlığını yaratmışdır.
1867-ci ildə Buzuruk xanın iqtidarına son verərək Yaqub bəy “Badövlət xan” adını işlətməyə başlamış Kuçar və Korlanı işğal etmişdir. Şəriət ilə dövlətini idarə etməyə başlamış və Buxara xanlığından “Atalıq Qazi” ünvanı almışdır.1870-ci ildə Tarım hövzəsinin şərq hisəsində Turfan və Tanrı dağlarını aşaraq Urumçini,1871-ci ildə Manas, Piçan və İli bölgəsini də işğal edərək bütün Doğu Türküstandan Çing (Çin) ordusunu süpürmüşdür.
Yaqub xan ölkədə əmin-amanlığı bərpa etdikdən sonra tarixi və mədəni bağları olan və İslam dünyasının Xəlifəsi və hamisi sayılan Osmanlı sultanına elçi göndərmiş Sultan Əbdüləziz xandan yardım və himayə istəmiş; dövlətinin Osmanlı İmperiyasının bir parçası olaraq qəbul edilməsini diləmiş və ona biət etdiyini bildirmişdir.Osmanlı İmperiyası Yaqub xanın bu tələbini qəbul etmiş və padşah direktifi üzərinə Albay Kazım bəy başçılığında 5 muvazzaf və 3 əməkli Subaydan ibarət bir əsgəri egitim qrupunu 1200 piyada tüfəngi 6 səhra topu və cəpxanə üçün barıt və sursat ilə Hindistan üzərindən Doğu Türküstana göndərmişdir. Heyət Kaşğarda böyük coşğu və sevinclə qarşılanmış,xütbələr padşah adına oxunmuş və paralar da Sultan Əbdüləziz Xan (1861-1876) adına basılmışdır. Doğu Türküstan səmalarında Osmanlı sancağı dalğalandırılmışdır.
Britaniya, Çar Rusiyası ilə Orta Asiyanın hakimiyyəti üçün “Böyük oyun (The Great Game)” oynamaq üçün 1868-ci ildə Britaniya özəl elçisini yollayaraq Yaqub bəyi tanımış və himayəsindəki Hindistandan silah yardımı göndərmişdi.1874-cü ildə Britaniya ilə Yeddişəhər xanlığı arasında müqavilə imzalanmış və Britaniya Kaşğar konsulluğunu açmışdır.Bu anlaşmada Yaqub bəy Kaşğar və Yarkəndin Əmiri olaraq xitab etmişdir.Bu sırada Rusiya Çarlığı Kaşğarda konsulluq açmışdır.Yaqub bəy Buxara xanlığı və Osmanlı dövləti ilə də diplomatik əlaqələr qurmuşdur. Osmanlı dövləti rəsmən Yaqub bəyi Əmirliyə təsdiq etmişdi.
1877-ci ilin dekabrında çinlilər sayca hədsiz çox olmalarından istifadə edərək bütün Doğu Türküstanı işğal etdilər. Cəza dəstələri minlərlə müsəlman türkü edam etdi, on minlərlə insan həbsxanaya atıldı.16 may 1877 (29 may) ildə Yaqub bəyin ümidini kəsərək intihar etdiyi söylənməkdədir.1865-ci ildə qurulan Yeddişəhər xanlığı 1877-ci ildə işğal edildi. Doğu Türküstanın azadlıq mücadiləsi bu gün də davam edir.Yaqub bəyin adı isə bu mübarizə tarixinə əbədi yazılmışdı.