Dünyanın ən qədim xəstəxanası mədrəsə kimi fəaliyyət göstəribmiş...


Türkiyənin Sivas şəhərindəki tarixi meydanında yerləşən "Şifaiyyə" mədrəsəsi bütün gözəlliyi ilə bura gələn ziyarətçilərin diqqətini cəlb edib.

Turkustan.azxəbər verir ki, Osmanlı dövründəmədrəsə kimi istifadə edilən bu tarixi bina günümüzə qədər gəlib çatmış ən qədim xəstəxanalardan birinə aid olub.

Belə ki, Anadolu Səlcuqlu Dövləti Sultanı I İzzəddin Keykavus tərəfindən 1217-ci ildə xəstəxana olaraq inşa edilən tikili sonradan mədrəsə kimi fəaliyyət göstərib.

Xəstələrin müalicə olunduğu və təbabətin də tədris olunduğu ən əhəmiyyətli mədrəsələrdən biri olan "Şifaiyyə" mədrəsəsi 806 ildən çoxdur ki varlığını davam etdirməyi bacarıb. Keçmişdə şəfa axtaranların mərkəzi olan bu bina hal-hazırda tarixsevərlərin üz tutduqları məkanlardan birinə çevrilib.

Tac darvazasındakı bəzəkləri və gözoxşayan relyef formaları ilə ziyarətçiləri valeh edən 8 əsrlik tarixə malik bu tikilinin içərisində mədrəsəni tikdirən Səlcuq Sultanı İzzəddin Keykavusun da türbəsi vardır.

Tahirə Nur


MANŞET XƏBƏRLƏRİ