Türkiyədə sorğu: Hansı partiya öndədir?


Türkiyənin "Asal Araşdırma" anket şirkəti tərəfindən yeni sorğu keçirilib.

Turkustan.az xəbər verir ki, sorğuda respondentlərə “Bu bazar günü parlament seçkisi olsa, hansı partiyaya səs verərsiniz?” sualı ünvanlanıb.

Sorğuda diqqətçəkən nəticələr qeydə alınıb.

Belə ki, müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) hakim Ədalət və İnkişaf Partiyasını (AKP) qabaqlayıb.

Sorğuda iştirak edənlərin 34,5 faizi CHP-yə, 29,8 faizi isə AKP-yə səs verəcəyini deyib. Beləliklə, CHP 4,7 faiz səslə AKP-ni qabaqlayıb.

Digər partiyaların səs faizi işə aşağıdakı kimi olub:

*Milliyətçi Hərəkat Partiyası (MHP) – 10,1 faiz
*Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) – 9,3 faiz
*Yenidən Rifah Partiyası – 4,6 faiz
*İYİ Partiya – 4,4 faiz
*Zəfər Partiyası – 3,8 faiz
*Türkiyə İşçi Partiyası (TİP) – 1,1 faiz
*Digər partiyalar – 2,4 faiz.

/Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ