ABŞ-ın silah satışından qazancı ikiqat artdı - Pentaqon


ABŞ-ın xaricə silah satışından əldə etdiyi gəlir 2024-cü maliyyə ilinin sonuna kimi 100 milyard dolları keçə bilər.

Turkustan.az xəbər verir ki, bu məlumat ABŞ Müdafiə Nazirliyinin cümə axşamı yaydığı bəyanatda deyilir.

“2024-cü maliyyə ilində (ölkədə sentyabrın 30-da başa çatır) xaricə silah satışı artıq 80 milyard dollardan çox olub və ilin sonuna qədər 100 milyard dolları keçə bilər”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən maliyyə ilində ABŞ silah satışından 66,2 milyard dollar, 2022-ci ildə isə 49,7 milyard dollar qazanıb.

Pentaqonun məlumatına görə, Vaşinqton 2022-ci ildə Ukraynanı silahla təchiz etməyə başladıqdan sonra dünyada Amerika silahlarına tələbat artıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ