ABŞ Yaxın Şərqdə regional müharibənin qaçılmaz olduğuna inanır


ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə daha genişmiqyaslı regional müharibənin qaçılmaz olduğuna inandığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən edilən yazılı açıqlamaya görə, nazirliyin sözçünün müavini Sabrina Sinq jurnalistlərin suallarını cavablandırıb.

İranın İsrailə hücumunun qaçılmaz olub-olmaması ilə bağlı sualı cavablandıran Sinq, bunu qətiliklə görmək istəmədiklərini və Yaxın Şərqdə "daha genişmiqyaslı regional müharibənin qaçılmaz olduğuna inandıqlarını" söyləyib.

Sinq qeyd edib ki, onlar regionda gərginliyi azaltmağın ən yaxşı yolunun Qəzzada atəşkəs razılaşmasının əldə edilməsi və “Amerikalı məhbusların evlərinə qaytarılması” olduğuna inanırlar.

ABŞ bölgəyə əlavə qüvvələr göndərib

“Qayındırma” mesajı vermək üçün bölgəyə əlavə qüvvələr göndərdiklərini ifadə edən Sinq, İsrailin müdafiəsini dəstəkləmək, ABŞ qüvvələrinin müdafiəsini gücləndirmək və cavab verməyə hazır olmalarını təmin etmək üçün ABŞ qüvvələrinin Yaxın Şərqdə yerləşdirilməyə davam etdiyini müdafiə edib.

İsrailin Livanın paytaxtı Beyrutda Hizbullahın yüksək səviyyəli komandirlərindən olan Fuad Şükürə hava zərbəsi endirməsi və HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra bölgədə gərginlik artıb.

Haniyənin öldürülməsinə görə İsraili məsuliyyət daşıyan İran və Livan Hizbullahından Tel-Əvivə qarşı qisas təhdidləri var idi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ