Səudiyyə Ərəbistanı və Misir İsraildən müsadirə etdiyi vergi gəlirlərini Fələstinə qaytarmağı tələb edib.
Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanı və Misir İsraildən müsadirə etdiyi Fələstin administrasiyasının vergi gəlirlərini geri qaytarmasını və Fələstin rəhbərliyinin işinə mane olan bütün hərəkətlərdən çəkinməsini istəyir.
Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin məlumatına görə, Belçikanın paytaxtı Brüsseldə Fələstinlə bağlı keçirilən toplantıda Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və misirli həmkarı Samih Şükri iştirak edib.
Qəzzada baş verən hadisələr, atəşkəs səyləri və yardım axınının müzakirə edildiyi görüşdə Fələstin rəhbərliyinin pisləşən iqtisadiyyatı da dəyərləndirilib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Bin Fərhan İsraili ələ keçirdiyi Fələstin rəhbərliyinə aid vəsaitləri geri qaytarmağa və Fələstin administrasiyasının işinə mane olan bütün hərəkətlərdən çəkinməyə çağırıb.
Misir Xarici İşlər Nazirliyinin bəyanatına görə, Şükri Fələstin rəhbərliyinin üzərinə düşən vəzifələri yerinə yetirməyə davam etməsi üçün lazımi dəstəyin verilməsinin vacibliyini və İsrailin tutduğu vergi gəlirlərini Fələstin rəhbərliyinə buraxması lazım olduğunu bildirib.
Eltac Zülfüqaroğlu/Turkustan.az