Suriya: "Dəməşqi hədəf alan İsrail raketləri vuruldu"


Suriya paytaxt Dəməşqin kənd ərazisini hədəf alan İsrail raketlərinin vurulduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Suriya Müdafiə Nazirliyi bildirib ki, İsrail yerli vaxtla saat 03.20 radələrində Colan təpələrindən paytaxt Dəməşqin kənd ərazisindəki binanı hədəf alıb.

Hava hücumundan müdafiə sistemlərinin İsrail raketlərinin bir hissəsini vurduğu, hücum nəticəsində maddi ziyanın olduğu qeyd edilib.

Məsələ ilə bağlı İsraildən rəsmi açıqlama verilməyib.

İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriya ərazisində İranın dəstəklədiyi qüvvələrə və Suriya ordusunun mövqelərinə hava zərbələri endirir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ