Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı


Ermənistanın İstintaq Komitəsi aprelin 20-dən bəri Azərbaycan ilə sərhədin delimitasiyasına etiraz aksiyalarında iştirak edən 15 nəfərə qarşı cinayət təqibi başladıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, aksiya iştirakçıları tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı 11 cinayət işi başlanıb.

7 iş yolları bağlayarkən xuliqanlıq əməlləri, əmlaka qəsdən zərər vurma, fiziki təsir göstərmə, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olma, yol hərəkəti qaydalarının pozulması ilə bağlıdırsa, qalan 4 iş maşın təkərlərinə ziyan vurulması, aksiyalar zamanı zorakılığa çağırışlar, eləcə də silahların əldə edilməsi və saxlanması ilə bağlıdır. /axar.az/


MANŞET XƏBƏRLƏRİ