Dəhşətli istilər gəlir: Xəbərdarlıq edildi


Yüzlərlə iqlimşünas alim bu əsrdə qlobal hava istiliyinin ən azı 2,5 dərəcə artacağını və qəbul edilmiş həddi keçəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, "Guardian" qəzetinin iqlim araşdırmasında iştirak edən ekspertlər qlobal istiləşmənin sənayedən əvvəlki səviyyədən ən azı 2,5 dərəcə, hətta 3 dərəcə artacağını bildiriblər. Alimlər isti dalğaların və ekstremal hava hadisələrinin aclığa, münaqişələrə və miqrasiyaya səbəb olacağını proqnozlaşdırırlar. Avropa İttifaqının iqlim xidməti “Copernicus"un məlumatına görə, ötən ay dünyada tarixin ən isti apreli yaşanıb. Hesabatda aprel ayında havanın orta temperaturunun 15,03 dərəcə olduğu bildirilib. Bildirilib ki, 2024-cü ilin aprel ayı qlobal temperatur rekordunun qırıldığı ardıcıl 11-ci ay olub. 2024-cü il ən isti il kimi 2023-cü ili keçə bilər. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ