İsrail Rafaha 100-ə yaxın nöqtəyə hava zərbəsi endirib


İsrail ordusu ötən bazar ertəsindən bəri Rəfahda 100-ə yaxın nöqtəyə hava zərbələri endirib və əməliyyatın görüntülərini dərc edib.

Turkustan.az xəbər verir ki, ötən bazar ertəsi İsrailin Qəzza zolağının Rəfah şəhərinə hücumları davam edərkən, İsrail ordusu əməliyyatın görüntülərini dərc edib.

İsrail ordusundan verilən açıqlamada bazar ertəsi günündən etibarən Rəfahda 100-ə yaxın nöqtəyə hava hücumu təşkil edildiyi və bölgədəki binalara basqın edildiyi bildirilib.

Açıqlamada qarşıdurmalarda 30-a yaxın Həmas üzvünün zərərsizləşdirildiyi bildirilib.

Digər tərəfdən, İsrail ordusu dünən humanitar yardımların keçdiyi Rəfah Sərhəd Qapısının Fələstin tərəfini ələ keçirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ