Humanitar yardım dayanıb: Qəzzada üç günlük yanacaq qalıb


ÜST Qəzzanın cənubundakı xəstəxanalarda üç günlük yanacaq qaldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus verdiyi açıqlamada "Qəzzanın cənubundakı xəstəxanaların cəmi üç günlük yanacağı qalıb" dedi .

Rəfah Sərhəd Qapısı İsrail tərəfindən ələ keçirildikdən sonra Qəzza zolağında yenidən yanacaq qıtlığı yaranıb. ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus, sərhəd qapısının bağlanmasının yanacaq tədarükünü əngəllədiyini söylədi: "Sərhəd qapısının bağlanması BMT-nin yanacaq tədarükünü əngəlləməkdə davam edir".

Xəstəxana xidmətlərinin tezliklə dayana biləcəyinə diqqət çəkən Ghebreyesus, "Yanacaq olmasa, bütün humanitar yardım əməliyyatları dayanacaq. Sərhəd qapılarının bağlanması da Qəzzaya humanitar yardımın çatdırılmasına mane olur. Qəzzanın cənubundakı xəstəxanaların cəmi üç günlük müalicə müddəti var. Bu da xidmətin tezliklə dayana biləcəyi deməkdir" dedi.

ÜST Rəfahdakı üç xəstəxanadan biri olan Əbu Yusuf ən-Nəccar Xəstəxanasının artıq fəaliyyətini davam etdirə bilməyəcəyini və bəzi avadanlıqların səhra xəstəxanalarına daşındığını açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ