Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq


Tavuş, Vayots Dzor, Ararat və Qeqarkunik bölgələrində Rusiya hərbi və sərhəd mühafizə postları sərhədlərdən çıxarılacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjoryan sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, müvafiq razılaşma daha əvvəl ən yüksək səviyyədə əldə olunub. Görünür, deputat Ermənistan və Rusiya liderlərinin Moskvada dünənki görüşünü nəzərdə tutur.

Postlar 44 günlük müharibə zamanı və ondan sonra yaradılıb. Tərəflər həmçinin İrəvan Zvartnots hava limanı ərazisində Rusiya sərhədçilərinin fəaliyyətini dayandırmaq barədə razılığa gəliblər. /qaynarinfo.az/


MANŞET XƏBƏRLƏRİ