Azərbaycan Ermənistanın oyununu pozdu: 1960-70-ci il xəritələri gündəmdə


Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin hansı xəritələr əsasında baş tutacağı uzun müddətdir müzakirə olunan məsələlər içərisindədir. Tərəflər öz növbəsində müəyyən xəritələr irəli sürsələr də tam razılıq əldə edilməyib.

Hazırda başlayan bu proses 1991-ci il Almatı Bəyannaməsinə əsasən reallaşır. Lakin hər iki ölkə rəhbəri sərhədlərin müəyyənləşməsinin yalnız bir xəritəyə əsaslanmayacağını bildirir.

Azərbaycan üçün ən uyğun variant hansıdır?

Globalinfo.az-a danışan politoloq Teymur Qasımlı deyib ki, 2020-ci il üçtərəfli bəyanatdan sonra sərhədlərin delimitasiya və demarkasiya məsələsi artıq 4 ildir ki, gündəmdədir:

Ermənistan indi də 1960-cı il xəritəsini təklif edir

“Sərhədlərin delimitasiya və demarkasiya prosesinin hansı xəritələrlə aparılacağı da əsas müzakirə mövzularındandır. 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əhatə edən xəritələrlə sərhəd məsələsini aparmalıyıq. Bundan əlavə, 1960-70-ci illər xəritələri də var. Lakin artıq burada da qeyri-ciddilik müşahidə edilir. Çünki Ermənistan Almatı Bəyannaməsi əsasında sərhədlərin müəyyənləşməsində qərarlıdır. Azərbaycanın maraqlarına isə 1918-20-ci illərin xəritələri cavab verir. Bu o demək deyil ki, mövzu ilə bağlı rəsmi İrəvanla razılıq əldə edilməsə danışıqlar aparılmayacaq. Proses hər bir halda reallaşmalıdır. Hazırda ən əhəmiyyətli məsələlər sırasında işğalda olan 4 kəndin də geri qaytarılmasıdır”.

Politoloqun sözlərinə görə, sərhədlərin tam delimitasiya və demarkasiya prosesi uzun vaxt tələb edir:

“Xəritələr Ermənistanın ortaya atdığı diplomatik oyuna çevrilib. Azərbaycan da həm diplomatik, həm də düzgün gedişlə, İrəvanın oyununa qarşı AXC dövründəki ərazilər əsasında prosesin baş verməsinin tərəfdarıdır”.


MANŞET XƏBƏRLƏRİ