Canan Karatayın xəbərdarlığı təsdiqlənib: Yeməkdən sonra çay içməyin


Prof. Dr. Canan Karatayın türk mətbəxinin ən məşhur içkilərindən olan çayla bağlı xəbərdarlığının doğru olduğu üzə çıxıb. Diyetoloqlar da Karatayın xəbərdarlığını təsdiqləyərək, yeməkdən dərhal sonra çay içməyin dəmirin udulmasını azaltdığını və bunun qan azlığına səbəb ola biləcəyini bildiriblər.

Türk mətbəxinin ən məşhur içkilərindən biri olan çay yeməkdən dərhal sonra istehlak edildikdə təhlükəli ola bilər. Prof. Dr. Canan Karatay və dietoloqlar yeməkdən sonra çay içməyin dəmirin udulmasını azaldır və bunun qan azlığına səbəb ola biləcəyini bildirirlər.

Karatayın xəbərdarlığını ekspertlər də dəstəkləyir. Dyt. İpek Ağaca NTV-yə açıqlamasında çay və qəhvənin ən az 1 saat gec istehlak edilməsinin lazım olduğunu, dəmir çatışmazlığı riski olan insanların isə bu müddəti 1-2 saata qədər uzatması lazım olduğunu bildirir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ