Boeing təyyarələri ilə bağlı qan donduran etiraf: Ciddi qüsurlar var


Boeing təyyarələrində dəfələrlə yaranan problemlərdən sonra onların təhlükəsizliyi ilə bağlı müzakirələr davam edərkən, nəhəng şirkət üçün hissələri istehsal edən zavodun keçmiş rəsmisi bir çox hissələrin qüsurlarla istehsaldan kənarda qaldığını iddia edib.

Turkustan.az xəbər verir ki, dünyanın ən böyük ticari təyyarə şirkətlərindən biri olan Boeing üçün bədən hissələri istehsal edən Kanzasdakı Spirit AeroSystems fabrikinin keçmiş rəsmisi Santiago Paredes, Boeing-ə göndərilən bəzi hissələrdə "200 qüsur" aşkar etdiyi zamanlar olduğunu iddia edib.

Fabrikin keyfiyyətə nəzarət üzrə mütəxəssisi Santiaqo Paredes, istehsal problemlərini həll etmək üçün yoxlama aparmaq istəyəndə ona "şou-spoiler" ləqəbi verildiyini söyləyib.

Boeing-in ən böyük tədarükçüsü olan şirkətin nümayəndəsi BBC-yə deyib: "Biz onun iddialarına qəti şəkildə qarşıyıq". Parades iddia edirdi ki, o, 2010-2022-ci illər arasında fabrikdəki problemləri orada işlədiyi zaman aşkar edib.

Keyfiyyət üzrə mütəxəssis Boeing-ə göndərilmək üzrə olan gövdə hissələrində tez-tez “50-200” qüsur aşkar etdiyini iddia etdi. Paredes aşkar etdiyi qüsurlar arasında "əskik əlaqə hissələri və əyri hissələr" kimi nümunələri sadaladı. Boeing iddialarla bağlı açıqlama verməyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ