Aİ-dən 3 ərəb ölkəsinə 5 illik viza


AB Körfəz Ərəb ölkələrindən investisiyaları artırmağı hədəfləyir; Körfəz ərəb ölkələri Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn üçün viza qaydalarını yüngülləşdirib.

Turkustan.az xəbər verir ki, Avropa Komissiyası Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn üçün viza qaydalarını yumşaltmaq qərarına gəlib.

Üç ölkənin vətəndaşlarının AB ölkələrinə daha asan daxil olmasını təmin edəcək yeni qaydalar çərçivəsində, Şengenə ilk dəfə müraciət edənlər də daxil olmaqla, müraciətləri qəbul edilənlərə 5 il müddətinə çoxlu giriş hüququ veriləcək.

Aİ-nin Səudiyyə Ərəbistanındakı səfiri Kristof Farnaud bildirib ki, yeni tətbiq Aİ ilə Körfəz ölkələri arasında əlaqələri gücləndirəcək. Viza müddətlərinin uzadıldığını qeyd edən Farnaud, viza rejiminin dəyişdirilməsinin strateji əlaqələrin göstəricisi olduğunu bildirib.

Qərar Aİ-nin Körfəz ərəb ölkələrindən daha çox investisiya almaq siyasətinin bir hissəsi kimi qiymətləndirilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ