"Rusiya haqda nə demişəmsə, düz demişəm, təkrar edə bilərəm" - Simonyan


Rəsmi İrəvan, Ermənistan parlamneti sədrinin Rusiyanın siyasəti ilə bağlı bəyanatları ilə əlaqədar Rusiya Federasiya Şurasının məktubuna cavab verib.

Turkustan.az news.am-a istinadla xəbər veriri ki, bunu mayın 6-da Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

“Məktub Sarkis Xandanyana (parlamentin Xarici Əlaqələr Komissiyasının rəhbəri - red.) göndərilib və o, çoxdan ona cavab verib. Sadəcə, o anda xanım Zaxarova üçün bu cür reaksiya vermək, bəyanatın digər hissəsinə reaksiya verməmək yəqin ki, əlverişli idi. Aydın deyilmi ki, quraşdırılmış sual-cavab prosesi gedir?” - Simonyan deyib.

Spikerin sözlərinə görə, o, Rusiya tərəfinə nə cavab verildiyindən xəbərdardır, lakin təfərrüatları açıqlamayıb.

“Mən məsələdən xəbərdaram, amma bu barədə danışmayacağam. Bunun mənə aidiyyatı yoxdur. Mən öz bəyanatlarıma, nə dediyimə, düzgün və yerində dediklərimə görə məsuliyyət daşıyıram. Yeni heç nə demədim. Mən bu gün və həmişəbu barədə danışmağa hazıram”, - Simonyan bildirib.

Alen Simonyan kimin adından Rusiyanı tənqid edən bəyanatlar verdiyini soruşduqda, belə cavab verib: “Necə yəni kimin adından? Mən birbaşa mandatla seçilən insanlardan biriyəm, mən kimi təmsil edirəmsə, onun adından bəyanat vermişəm. Əgər bəzi ölkələrdə hakimiyyət xalqı təmsil etmirsə, bu, onların problemidir. Ermənistanda iqtidar və müxalifət xalqı təmsil edir”.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko spiker Alen Simonyanın “anti-Rusiya” bəyanatları ilə bağlı Ermənistan parlamentinə sorğu göndərilməsi barədə göstəriş vermişdi.

Xatırladaq ki, Aİ ölkələrinin parlament sədrlərinin İspaniyada keçirilən konfransında Simonyan konfransın əsas mövzusunun Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərq münaqişəsi olduğunu nəzərə alaraq, Ermənistanını Ukrayna, eləcə də Moldova, Gürcüstan və Kiprin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini bildirmişdi. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ