Marsda hörümçəyə bənzər maddi cismlər müşahidə edildi


Bahar günəşinin Marsın səthində yaratdığı istilik nəticəsində ortaya çıxan yüzlərlə hörümçəyə bənzər maddə şüaları çəkilib.

Turkustan.az xəbər verir ki, Avropa Kosmik Agentliyinin (ESA) internet saytında paylaşılan xəbərə görə , yaz aylarında temperaturun artmasının səbəb olduğu hadisə Mars torpağında yüzlərlə hörümçəyə bənzər maddə qrupunun görünməsinə səbəb olub.

Yüksək təzyiq altında səthə fışqıran və yerə yayılan və eni 45 metrdən 1 kilometrə qədər olan bu maddə şüalarının formaları "hörümçək"lə müqayisə edilmişdir.

Bu “hörümçəklərin” günəş şüalarının Mars torpağındakı karbon qazlı buzunu əridib qaza çevirməsi ilə əmələ gəldiyi və bu qazla yerdə his kimi müxtəlif tünd rəngli maddələrin meydana gəldiyi açıqlandı.

Görüntülər ESA-nın Qaz İzləmə Peyki (TGO) və Mars Express peyki tərəfindən çəkilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ