Qərar verildi: Aİ ölkələri İrana qarşı sanksiyalar tətbiq edəcək


Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyaya pilotsuz uçuş aparatlarının təhvil verilməsi ilə bağlı İrana qarşı tətbiq etdikləri sanksiyaları genişləndirmək qərarına gəliblər.

Turkustan.az xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Lüksemburqda üzv ölkələrin xarici işlər və müdafiə nazirlərinin görüşündən sonra verdiyi açıqlamada, İsrailə hücumundan sonra İrana qarşı yeni sanksiya qərarını açıqlayıb.

Borrell deyib: "Biz İrana qarşı mövcud dron sanksiyaları rejimimizi raketlər və onların Rusiyaya ötürülməsini də əhatə edəcək şəkildə genişləndirmək üçün siyasi razılığa gəldik. Həmçinin bu çərçivənin coğrafi əhatəsini genişləndirəcəyik, pilotsuz təyyarələrin və raketlərin təkcə Rusiyaya ötürülməsini təmin edəcəyik. Biz bunu onun Qırmızı dəniz bölgəsinə transferinə də tətbiq etmək qərarına gəldik."

Aİ-nin İrana qarşı kütləvi qırğın silahlarının yayılması, insan haqlarının pozulması və Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünə görə sanksiya proqramları var.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ