Bayden: "İsrailin müdafiəsinə sadiqik"


Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Co Bayden İranın İsrailə mümkün hücumu ilə bağlı sualı cavablandırarkən deyib ki, hücum "hər an" baş verə bilər. İsrailə tam dəstəyin olduğunu bildirən Bayden, "İsrailin müdafiəsinə sadiqik" dedi.

ABŞ prezidenti Bayden İsrailin müdafiəsinə sadiq olduğunu bildirib .

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden bəyan edib ki, İranın aprelin 1-də Suriyadakı səfirlik binasındakı konsulluq binasını vuran İsrailə qarşı cavab tədbiri “hər an” baş verə bilər.

Ağ Evdə jurnalistlərə açıqlama verən Baydenə İranın İsrailə mümkün hücumu ilə bağlı sual verilib.

İranın İsrailə nə qədər tez hücum edə biləcəyi ilə bağlı suala Bayden, "Mən etibarlı məlumat almaq istərdim, lakin mənim gözləntəm bunun hər an baş verə biləcəyidir" deyib.

Bayden, "İsrailin müdafiəsinə sadiqik. İsraili dəstəkləyəcəyik. İsrailin müdafiəsinə kömək edəcəyik və İran müvəffəqiyyət qazana bilməyəcək" deyərək, İrana İsrailə hücum etməməsi barədə xəbərdarlıq edib.

İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Korpusundan 2-si general olmaqla ümumilikdə 7 nəfər həlak olub.

İran lideri Ayətullah Əli Xamenei İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunun ölkəsinin ərazisinə hücum demək olduğunu bildirib və “Pis rejim səhv edib, cəzasını çəkməlidir və alacaq” deyib.

ABŞ prezidenti Co Bayden də İranın İsrailə qarşı hücum təhdidləri qarşısında Təl-Əvivə “sarsılmaz” dəstəyi davam etdirəcəklərini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ