Netanyahu: "ABŞ-a nümayəndə heyəti göndərməmək qərarım HƏMAS-a mesaj idi"


İsrailin baş naziri Benyamin Netanyahu ABŞ senatoru Rik Skottla görüşüb. Görüşdən sonra açıqlama verən Netanyahu, “Mənim heyəti Vaşinqtona göndərməmək qərarım Həmas-a bir mesaj idi. “Bu təzyiqə inanmayın, nəticə verməyəcək.

Turkustan.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçirilən səsvermədən sonra İsrail nümayəndə heyətinin Vaşinqtona səfərini ləğv edib.

Bu qərarı niyə verdiyini açıqlayan Netanyahu “ ABŞ-ın Təhlükəsizlik Şurasında verdiyi qərarın çox, çox pis bir addım olduğunu düşünürəm. Bu qərarın ən pis tərəfi o idi ki, HƏMAS-ı sərt mövqe tutmağa təşviq etdi və beynəlxalq təzyiqlərin İsrailin girovları azad etməsinə və HƏMAS-ı məhv etməsinə mane olacağına inanması oldu. Bu qərardan sonra nümayəndə heyətini Vaşinqtona göndərməməyim HƏMAS-a mesaj oldu. Bu təzyiqə arxalanmayın, nəticə verməyəcək. "Ümid edirəm ki, mesajı aldılar" dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ