ABŞ-Rusiya söz müharibəsi: Bayden Putini "qəssab" adlandırdı


Moskvada 143 nəfərin öldüyü hücumda Rusiya Ukraynanı və Qərbi günahlandırarkən, İŞİD-H terror təşkilatı məsuliyyəti öz üzərinə götürsə də, ABŞ prezidenti Bayden rusiyalı həmkarı üçün “qəssab” ifadəsini işlədib.

Turkustan.az xəbər verir ki, 6 gün əvvəl Rusiyada baş verən və 143 nəfərin həyatını itirdiyi qanlı Crocus City Hall terror aktı ABŞ və Rusiya arasındakı buzları qırmağa kifayət etmədi.

ABŞ prezidenti Co Bayden Şimali Karolinada seçki çıxışı zamanı Rusiya lideri Vladimir Putinin ünvanına sərt sözlər deyib . Putin başçılıq etdiyi müddətdə ABŞ rəhbərliyinin Rusiya ilə heç bir münasibətə yanaşmayacağını bildirən Bayden, “Putin kimi qəssabla işimiz yoxdur. Biz Ukraynaya öz suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlamağa davam etməliyik. Məsələn, zənginlərin ödədiyi gəlir vergisi 25 faizə qaldırılarsa, büdcəyə 40 milyard dollar əlavə daxilolma təmin olunacaq. Bu məbləğ 10 ildən sonra 400 milyarda çata bilər. “Bu pulla biz Ukraynanı Putinin əlindən xilas edə bilərik.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ