Rusiya: "İki Ukrayna PUA-sı vuruldu"


Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bölgədə iki Ukrayna PUA-nın hücumunun qarşısının alındığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Vyaçeslav Qladkovun sözlərinə görə, cümə axşamı Belqorod vilayətində növbətçi hava hücumundan müdafiə qüvvələri düşmənin Belqorod istiqamətində hərəkət edən iki təyyarə tipli pilotsuz təyyarəsini vurub. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Tavrovo kəndində hava hücumunu dəf etdikdən sonra tövlə qəlpələrlə kəsilib. Pilotsuz təyyarələrin gəlişinin nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ