İsrail geri addım atdı: Ağ Evdən açıqlama


BMT-nin səsverməsindən sonra ABŞ-a qarşı çıxan İsrail geri addım atdı. Ağ Evin sözçüsü Karine Jean-Pierre, ləğv edilmiş Rifah toplantısının başqa vaxta keçiriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 174 gündür davam etsə də, İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin Rəfah planını dayandırmaq üçün səylər davam edir.

Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında atəşkəs tələb edən qətnamə layihəsinə veto qoymaqdan çəkinməsi və Netanyahunun İsrail nümayəndə heyətinin Vaşinqtonda keçirilməsi planlaşdırılan Rəfah toplantısına qatılmasına mane olmasından sonra bütün gözlər ABŞ-a çevrilib.

Ağ Evin sözçüsü Karine Jean-Pierre dünən keçirdiyi brifinqdə İsrailin müdafiə naziri Yaov Gallantın Vaşinqtona səfərinə toxunaraq, "Son 2 gündə apardığımız danışıqlar konstruktiv keçdi" deyib.

İsrailin hücum planları hazırladığı Qəzza zolağının cənubundakı Rəfahın müzakirə mövzularından biri olduğunu ifadə edən Jean-Pierre, “(İsrail) Baş Nazirlik ofisi Rəfahla bağlı görüşün başqa vaxta keçirilməsinə razılıq verdi. İndi hər iki tərəf üçün uyğun olan tarixi müəyyən etmək üçün onlarla işləyirik. “Tarixi təyin etdikdə, təbii ki, onu sizinlə paylaşacağıq”, - deyə o bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ