“Krokus”da xeyli insanı xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdı – VİDEO


“Baş verənlər gözlənilməz idi”.

Turkustan.az xəbər verir ki, bunu Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı İTV-yə danışarkən deyib.

O, orada olan insanlara kömək etməyə çalışdığını bildirib:

“Fikirləşirdim ki, güllə dəysə, mən nə dərəcədə ağrı hiss edəcəyəm. Sonra o düşüncəni ağlımdan çıxardım. Zalda bizdən daha pis vəziyyətdə qalan insanlara görə narahat olmağa başladım. Bacardığım qədər orada olanlara kömək etməyə çalışdım”.

Emilin anası açıqlamasında qeyd edib ki, oğlu ona zəng vuraraq hər şeyin qaydasında olduğunu deyib:

“Mən xəbərləri görməmişdim. Gecə saat birə qədər dostunu axtardıq. Şükür ki, sonunda tapıldı. Təsadüfən həmin gün telefonu üstündə olub. Amma adətən telefonunu kənara qoyurdu”.

Ətraflı süjetdə:

/globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ