Kosmosda xərçəngin müalicəsi varmı?


NASA alimləri Beynəlxalq Kosmik Stansiyanın çəkisiz mühitində aparılan tibbi təcrübələr sayəsində xərçənglə mübarizədə "çılğın irəliləyiş" olduğunu açıqlayıblar.

Turkustan.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri xərçəngə qalib gəlmək üçün kosmos tədqiqatlarında sürətli irəliləyiş əldə edildiyini bəyan ediblər. Yer səthindən təqribən 400 kilometr yüksəklikdə orbitdə olan Beynəlxalq Kosmik Stansiyada (BKS) son missiyası zamanı xərçəng araşdırması aparan astronavt həkim Frank Rubio kosmosun “tədqiqat üçün unikal yer” olduğunu bildirib. Rubio qeyd edib ki, xərçəng hüceyrələri ilə bağlı araşdırmalar kosmik mühitdə daha sürətli aparıla bilər.

Araşdırmaların xərçəng dərmanlarının daha təsirli olmasına kömək edə biləcəyini ifadə edən NASA rəhbəri Bil Nelson, "çəkisiz mühitin" faydalarını vurğuladı. Molekulyar strukturların cazibə qüvvəsi səbəbindən Yer üzündə olduğu kimi bir yerə yığılmadığını ifadə edən Nelson, “Onlar kosmosda asılı vəziyyətdədirlər. "Bu, onların strukturlarını təhlil etməyi asanlaşdırır" dedi. Nelson həmçinin, dərmanlar üzərində aparılan araşdırmalar sayəsində "uzun və ağrılı kemoterapi müalicələri" yerinə həkim otağında iynə ilə tətbiq oluna bilən xərçəng dərmanının inkişaf etdirilməsinin mümkün ola biləcəyini ifadə edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ