İranın Ermənistanla yeni layihəsi: “Nə səmərəsi var, nə də real iştirakçıları..."


“Hazırda İran Ermənistandan keçirməyi plnlaşdırdığı başqa bir layihəni gündəmə gətirib. Söhbət Hindistan-İran-Ermənistan-Gürcüstan nəqliyyat xəttindən gedir. Təxminən 5 ildir bunu müzakirə edirlər, amma indiyədək reallaşdıra bilməyiblər. Əgər buna imkanları çatsa və layihə səmərəli olsaydı, çoxdan fəaliyyətə başlamışdı. Bu layihənin nə iqtisadi səmərəsi var, nə də real iştirakçılar bəllidir”.

Politoloq İlqar Vəlizadə bunu Bakupost.az -a bildirib.

Onun sözlərinə görə, Ermənistanla İran arasında dəmir yolu çəkmək mümkünsüzdür. Çünki ərazilərin relyefi buna imkan vermir:

“İranla Ermənistanı birləşdirən avtomobil yolu var, bəzi hissələrdə təmir-bərpa işləri aparılır. Amma avtomobil yolları da dağlardan keçir. Avtomobil nəqliyyatı bahalıdır, dəmir yolu isə daha ucuzdur. İndi bu bahalı layihədən kimlər istifadə edəcək?”.


MANŞET XƏBƏRLƏRİ