ABŞ İsrailin Qəzzanı yenidən işğal etməsini dəstəkləmir


ABŞ münaqişə bitdikdən sonra İsrailin Qəzzanı yenidən işğal etməsini dəstəkləmədiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

ABŞ-ın mövqeyini təkrarlayan Kirbi, "İsrailin Qəzzanı yenidən işğal etməsini dəstəkləmirik" deyib.

“Biz Qəzzanın ərazisinin azaldılması və Qəzza əhalisinin daimi köçkünlüyünün tərəfdarı deyilik”. Kirbi Qəzzada idarənin necə olması lazım olduğuna dair bəzi kritik sualların soruşulması lazım olduğunu vurğulayıb.

Kirbi bildirib ki, Qəzza rəhbərliyi Fələstin xalqının tələblərinə cavab verməlidir.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ