ABŞ seçkiləri Kiyevə ümid verdi: Zelenskidən ilk açıqlama


ABŞ prezidenti Donald Trampla münasibətləri gərgin olan Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da keçirilən ara seçkilərin nəticələrini şərh edib. O, Demokratların Konqresdə çoxluq qazanacağına dair nikbinliyini ifadə edib.

Turkustan.az xəbər verir ki, Zelenski Ukraynaya göstərilən dəstəyə görə Respublikaçılara da minnətdar olduğunu, lakin Demokratların Kiyevə yardım məsələsində daha açıq mövqe tutduğunu bildirib.

“Mən də Respublikaçılara minnətdaram, amma Demokratlar Ukraynaya dəstək və yardım göstərməkdə daha açıqdırlar”, – deyə Zelenski qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, seçkilərin nəticələri ABŞ və Avropa arasında münasibətlərin bərpasına yol aça bilər. O, həmçinin Konqresin Kiyevə maliyyə və hərbi yardım məsələsini yenidən nəzərdən keçirməsinin Moskvaya təzyiq göstərəcəyini vurğulayıb.

Kremlin ilkin reaksiyası isə fərqli olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-da baş verən daxili siyasi dəyişikliklər Rusiyanın Ukraynadakı maraqlarına təsir göstərmir.

Peskovun sözlərinə görə, Demokratlar Konqresdə qalib gəlsələr belə, Amerikanın xarici siyasətini Donald Tramp müəyyən edir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ