Baxçalı Azərbaycanla bağlı xüsusi video yaydı


Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana təbrik ünvanlayıb.

Turkustan.az xəbər verir ki, partiyanın sosial şəbəkə hesablarında bu münasibətlə xüsusi videoçarx yayımlanıb.

Videoda MHP sədri Dövlət Baxçalının Qarabağ və Azərbaycan–Türkiyə qardaşlığı ilə bağlı fikirləri də yer alıb.

“Qarabağ türkdür, Qarabağ azaddır, Qarabağ Azərbaycandır. Qarabağ türkün polad biləyidir. Bir millət, iki dövlətik, iki ayrı bədəndə eyni canıq. Biz türk millətiyik”, – Baxçalı bildirib.


MANŞET XƏBƏRLƏRİ