Almaniya və Səudiyyə Ərəbistanı Hörmüz boğazı ilə bağlı razılığa gəldi


Səudiyyə Ərəbistanı və Almaniya Hörmüz boğazında naviqasiyanın və beynəlxalq dəniz yollarının təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıblar.

Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Berlində alman həmkarı Yohann Vadeful ilə görüşüb.

Görüşdə regiondakı son hadisələr müzakirə olunub. Tərəflər beynəlxalq dəniz yollarının təhlükəsizliyinin və naviqasiya azadlığının qorunmasının vacibliyini qeyd ediblər.

Həmçinin Hörmüz boğazının normal fəaliyyət rejiminə qaytarılmasının regional təhlükəsizlik və sabitliyin təmin edilməsi, eləcə də beynəlxalq ticarət axınlarının davamlılığı baxımından mühüm olduğu bildirilib.

Səfər çərçivəsində iki nazir Səudiyyə Ərəbistanı ilə Almaniya arasında məsləhətləşmə və koordinasiyanı gücləndirmək məqsədilə xarici işlər nazirləri səviyyəsində “Strateji Dialoqun Qurulması haqqında Anlaşma Memorandumu” imzalayıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ