Yəmən Silahlı Qüvvələri ölkənin müxtəlif cəbhələrində genişmiqyaslı hərbi əməliyyatlar keçirdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, ordunun Mətbuat Mərkəzinin yaydığı bəyanata görə, Taiz şəhərinin qərbindəki əl-Bireh cəbhəsində üç istiqamətdən genişmiqyaslı hücuma başlanılıb. Əl-Kadaha bölgəsində bir sıra mövqelərin geri alındığı, Hudeydənin cənubunda isə yeni mövqelərin ələ keçirildiyi bildirilib.
Bəyanatda həmçinin Taizin qərbində yerləşən Əd-Dibab cəbhəsində Husilərin sızma cəhdinin qarşısının alındığı qeyd olunub.
Qarşıdurmalar zamanı 20-dən çox Husinin öldürüldüyü və ya yaralandığı, həmçinin Husilərin hərbi texnikasının ciddi itkilərə məruz qaldığı iddia edilib.
Aytən Yaşar/ Turkustan.az