Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın yeni sülh planlarının detalları bəlli lub.
Turkustan.az xəbər verir ki, bu barədə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın nümayəndələri - Stiv Uitkoff və Cared Kuşnerlə keçirilən görüşündən sonra məlumat verilib.
Qeyd olunub ki, Ukrayna aşağıda qeyd olunan 6 şərti qəbul etsə, sülh olacaq.
- Ukrayna Donbasdan imtina etməli və qoşunlarını bölgədən çıxarmalıdır.
- Ukrayna Konstitusiyasına ərazilərdən imtinanı təsbit edən dəyişikliklər edilməlidir.
- Ukraynada seçkilər keçirilməlidir.
- Ukrayna NATO-ya üzv olmaqdan imtina etməli və qeyri-blok statusunu konstitusion olaraq təsbit etməlidir.
- Ukrayna Silahlı Qüvvələrinin sayına məhdudiyyət qoyulmalıdır.
- Ukraynada rus dilinin müdafiəsi təmin edilməlidir.
/modern.az