İsrail və Yunanıstan Təl-Əvivdə “Axilles Qalxanı” adlı hava hücumundan müdafiə müqaviləsi imzalayıb.
Turkustan.az xəbər verir ki, iki ölkənin müdafiə nazirlikləri arasında imzalanan sazişin dəyərinin 3 milyard avrodan çox olduğu bildirilir.
İsrail Müdafiə Nazirliyinin açıqlamasına görə, bu, İsrail-Yunanıstan münasibətlərində indiyədək imzalanmış ən böyük müdafiə ixrac müqaviləsi, həmçinin İsrail tarixində ən böyük sazişlərdən biridir.
Təl-Əvivdəki İsrail Müdafiə Nazirliyinin kompleksində keçirilən imzalanma mərasimində hər iki ölkənin müdafiə nazirliklərinin rəsmiləri iştirak edib.
Müqaviləyə əsasən, İsrail Yunanıstanda çoxqatlı hava hücumundan müdafiə şəbəkəsi quracaq. Şəbəkəyə “David’s Sling” sistemləri, həmçinin İsrail Aerokosmik Sənayesi (IAI) tərəfindən təchiz ediləcək təyyarə və raketlərə qarşı müdafiə imkanlarına malik “Barak MX” sistemi daxil olacaq.
Müqavilənin Məkkə Alyansının İstanbulda keçirilən ilk iclası ilə eyni gündə imzalandığı bildirilir.
Aytən Yaşar/ Turkustan.az