Netanyahudan İrana mesaj: “Lazım gələrsə, işğal edəcəyik”


Qarşıdan gələn seçkilər öncəsi keçirilən rəy sorğularında geridə qalan İsrailin Baş naziri Benyamin Netanyahu canlı yayımda bölgədəki vəziyyətlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Netanyahu hökumətinə yaxınlığı ilə tanınan “Channel 14” televiziyasına müsahibəsində Qəzza, Livan, İran, Suriya və Qərb Şəriyəsindəki vəziyyəti şərh edib.

İsrail Baş naziri İranın nüvə proqramını yenidən bərpa etməsinə imkan verməyəcəklərini bildirib. O, HƏMAS-ın silahlarını yerə qoymaması halında İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirə biləcəyini və “lazım gələrsə, bütün Qəzzanı işğal edəcəklərini” deyib.

Netanyahu Qəzza, Livan və Suriyadakı qarşıdurmaların başa çatmadığını, İsrailin yeni təhlükələrlə üzləşdiyini iddia edib.

O, xüsusilə İranın nüvə proqramının İsrail üçün təhlükə yaratdığını vurğulayıb və Tehranın nüvə fəaliyyətinin yenidən bərpasının qarşısını almaq niyyətində olduqlarını bildirib.

Netanyahunun açıqlamaları 27 oktyabrda keçirilməsi nəzərdə tutulan seçkilər ərəfəsində səsləndirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ