Avqustun 30-da 267 nəfəri daşıyan və Şimali Kipr Türk Respublikası sahillərində batan bərənin qəzadan öncəki görüntüləri yayılıb.
Turkustan.az xəbər verir ki, sərnişinlərdən biri tərəfindən qeydə alınan görüntülərdə bərəyə suyun dolduğu barədə xəbərdarlıq edildiyi bildirilir.
Qeyd edək ki, Avqustun 30-da Şimali Kipr Türk Respublikası sahillərində 267 nəfəri daşıyan bərənin batması nəticəsində 8 nəfər ölüb, 23 nəfər itkin düşüb./axar.az