Türkiyədə meşə yanğınları: 6 nəfər həbs edildi


Türkiyədə 44 meşə yanğınını törətməkdə şübhəli bilinən 6 nəfər həbs edilib.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib.

Onun sözlərinə görə, iyunun 1-dən etibarən ölkənin 16 vilayətində baş verən 44 meşə yanğını ilə bağlı aparılan istintaqlar çərçivəsində 29 şübhəli müəyyən edilib.

Bu şəxslərdən 6-sı barəsində həbs qətimkan tədbiri seçilib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ