15 iyul çevriliş cəhdindən sonra gizlənən Burkay Qaratəpənin necə müəyyən edilərək ələ keçirildiyinin detalları məlum olub.
Turkustan.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd qrupunda yer alan Qaratəpə gizlənmək və tanınmamaq üçün xarici görünüşünü dəfələrlə dəyişməyə çalışıb.
O, saç və saqqalını müxtəlif formalarda kəsdirib, şapka və beretdən istifadə edərək özünü kamuflyaj edib. Lakin bütün bu cəhdlər nəticə verməyib. Qaratəpə MİT-in üz tanıma sistemi vasitəsilə müəyyən edilib.
Yayılan görüntülərdə də onun müxtəlif saç və saqqal formalarından, eləcə də baş geyimlərindən istifadə edərək görünüşünü dəyişdirməyə çalışdığı əks olunub.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, təhlükəsizlik qüvvələrinin səbirli və titiz işi nəticəsində Qaratəpənin kimliyi müəyyənləşdirilib və o, ədalətə təslim edilib.
“Xəyanəti nə millətimiz, nə də dövlətimiz unudar”, – nazir vurğulayıb.
Məlumata görə, Qaratəpə saxlanılarkən onun 0,34 promil sərxoş olduğu müəyyən edilib. Gizləndiyi yerdə isə narkotik vasitə aşkarlanıb. (Musavat.com)
-4.jpg)
-4.jpg)