Goranboyda 33 yaşlı Elvin Aslanovun qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub.
Turkustan.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Elvin Aslanov valideynləri arasında baş verən mübahisə zamanı həyatını itirib.
İlkin ehtimala görə, ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı 57 yaşlı Şahin Aslanov həyat yoldaşına bıçaqla xəsarət yetirmək istəyib. Bu zaman onları ayırmağa çalışan oğlu Elvin Aslanov bıçaq zərbəsinə tuş gəlib və aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisədən sonra Şahin Aslanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, qətlə yetirilən Elvin Aslanov fitnes klubunun rəhbəri olub.
