Baxçalı: ABŞ-ın İrana təzyiqi regionda gərginliyi daha da artırır


MHP sədri Dövlət Baxçalı bildirib ki, ABŞ-ın İrana qarşı hərbi və siyasi təzyiqi regional gərginliyi azaltmaq əvəzinə daha da dərinləşdirir.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, bir tərəfdən danışıqlardan danışıldığı halda, digər tərəfdən təhdid dili güclənir.

MHP-nin parlament qrup iclasında Baxçalının xahişi ilə Ahmet Öngel tərəfindən bəstələnmiş “Biz Sənin Arxandayıq” adlı himn Türkiyəni 2026-cı il Dünya Kubokunda təmsil edəcək Türkiyə milli futbol komandası üçün səsləndirilib.

Himn təqdim edildikdən sonra çıxış edən Baxçalı deyib ki, millətçi sənətçilərdən ABŞ-yə getməzdən əvvəl Türkiyədə də eşidilməsi üçün qısa müddətdə bir himn hazırlamalarını xahiş edib və təqdim olunan əsərin də bu məqsədlə hazırlandığını bildirib. O, sənətçilərə təşəkkür edərək onları təbrik edib.

Baxçalı həmçinin qeyd edib ki, qlobal güc balansı dəyişir və bəşəriyyətin vicdanı neft və torpaq üzərində aparılan siyasətlərin kölgəsində ciddi sınaqdan keçir. Onun sözlərinə görə, Vaşinqtonun təhdid dili və Təl-Əvivin Qəzza və Livandakı hücumları eyni gərginliyin tərkib hissəsidir və Yaxın Şərqdə vəziyyət getdikcə daha da kəskinləşir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ