Qarabağda edə bilmədilər, Dnestryanı da isə etdilər


Rusiya Prezidenti Vladimir Putin yetimlər və əmək qabiliyyəti olmayan şəxslər də daxil olmaqla, Dnestryanı əhalisinin bütün kateqoriyalarına Rusiya vətəndaşlığının verilməsi üçün xüsusi prosedur müəyyən edən fərman imzalalayıb.

Turkustan.az Rusiya mediasına istinadən xəbər verir ki, sənədə əsasən, fərmanın qüvvəyə mindiyi gün regionda daimi yaşayan xarici vətəndaşlar Rusiya pasportu üçün müraciət etmək hüququna malikdirlər.

Qərar “uzun müddət qeyri-müəyyən hüquqi statusda olan həmvətənlərin hüquq və azadlıqlarının qorunması zərurəti” səbəbindən imzalanıb.

Ukrayna prezidenti Vladimir Zelenski Moskvanın qərarından son dərəcə narahat olduğunu bildirib və bu “humanitar jesti” gizli səfərbərlik və ərazi iddiaları kimi qəbul edib. Kiyev lideri öz departamentlərinə Moldova tərəfi ilə birlikdə cavab planı hazırlamağı tapşırıb.

"Bu addım spesifikdir və təkcə Rusiyanın yeni əsgərlər axtardığını deyil, çünki vətəndaşlıq hərbi öhdəlik tələb edir. Bu, həm də Rusiyanın Dnestryanını öz ərazisi kimi iddia etməsini göstərir", - deyə Vladimir Zelenski özünün Telegram kanalında yazıb. Zelenskinin sözlərinə görə, Moskvanın hərəkətləri mövcud münaqişədən daha da kənara çıxan planları göstərir.

Qeyd edək ki, 44 günlük vətən müharibəsindən sonra, 2021-ci ilin fevralında Rusiya sülkhməramlılarına arxayın olan qondarma “dqr parlamenti” rus dilini "dövlət dili" elan etmişdi.

“Sənəd”ə əsasən “dövlət orqanları”, hüquqi şəxslər, müəssisə və təşkilatlar ofis işlərini erməni dilində, lazım gələrsə, rus dilində aparmağa borclu idilər. Moskva Qarabağda “rus icması” kartınıtəsir rıçaqlardan biri olaraq saxlayırdı və bizimn ərazilərdə də “Donbas”, “Dnestryanı” ssenarilərinin tətbiqi istəkləri var idi. Lakin Bakının mövqeyi və atdığı addımlar situasiyanı dəyişdirdi, xüsusilə Laçın postunun qurulmasından sonra Qarabağda “ruslaşma” alınmadı. (Musavat.com)


MANŞET XƏBƏRLƏRİ