“Yeni şəhərsalma gündəliyinin həyata keçirilməsi istiqamətində irəli sürülən təşəbbüslərin konkret mexanizmlərlə dəstəklənməsi böyük əhəmiyyət daşıyır”.
Turkuatsn.az xəbər verir ki, bu fikirləri BMT-də siyasət məsələləri üzrə Baş katibin müavini Guy Ryder Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşə videomüraciəti zamanı səsləndirib.
O bildirib ki, qarşıdakı 10 il urbanizasiya siyasətinin effektiv icrası baxımından həlledici mərhələ olacaq.
Rayder dayanıqlı şəhərsalma və urbanizasiya istiqamətində beynəlxalq əməkdaşlığın vacibliyini də vurğulayıb.
Bizim.Media