İsrail mediası ABŞ-ın İranla müharibəyə son qoymaq üçün təklif etdiyi anlaşma memorandumu ilə bağlı təəccüblü iddialar irəli sürüb.
Turkustan.az xəbər verir ki, "Yedioth Ahronot" qəzeti isə bu razılaşmanın İsrail üçün ciddi risklər yaratdığını yazıb.
Qəzet məsələyə yaxın bir İsrail rəsmisinə istinadən bildirib ki, Təl-Əviv hökuməti ABŞ-ın İrana təklif etdiyi razılaşma layihəsinə görə narahatdır. İddialara görə, razılaşma İranın ballistik raket proqramını tamamilə dayandırmır və iqtisadi sanksiyaların yumşaldılmasını da əhatə edir.
İsrail rəsmisi ABŞ və İran arasında müzakirə olunan saziş layihəsinin İsrailin "müharibə məqsədlərinə" cavab vermədiyini iddia etdi. Sazişi "İsrail üçün fəlakət" adlandıran rəsmi bildirib ki, "Bu, yalnız Ayətullahların hakimiyyətini davam etdirən pis bir sazişdir. Bu, çökmək üzrə olan bir rejim üçün bir xilaskardır".
Aytən Yaşar/ Turkustan.az